Rusiya vətəndaşları Azərbaycanda qəzaya düşüblər

11:32 29 Sentyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 11:27 ]

Quba. Vəli Turan – APA. Bu gün Azərbaycanın Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Pirvahid yolunda Quba rayonu, Birinci Nügədi kənd sakini Xəlifəyev Fəxrəddin İmammədin oğlunun idarə etdiyi 50 CA 268 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə maşında olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Rusiya Federasiyasının Astarxan vilayətinin sakinləri olduğu bildirilir. 


Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR