AXCP-də alternativ lider böhranı: yenə də yenidən...

AXCP-də alternativ lider böhranı: yenə də yenidən...
10:47 29 Sentyabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Seçilmək hüququnu ənənəvi olaraq fəaliyyətinin başlıca prinsipi kimi önə cəkən və Azərbaycanın siyasi arenasında "yeganə həqiqi müxalif qüvvə" statusuna iddia edən AXCP-də növbəti dəfə, rəsmi olaraq "lider" müəyyənləşdi. "Müəyyənləşdi" deyəndə ki, bu prosesin əvvəldən axıradək necə inkişaf edəcəyi az-çox daxili siyasi gündəmi izləyən hər kəs üçün heç də "polişinel sirri" deyildi. 

Axı çoxdan məlumdur  ki, "bəylər məclisi"ndə  yuxarı başda oturmaq və "taleyüklü anlarda" sinəsini önə vermək uzun illərdir bir nəfərin bəxtinə yazılıb. Bu siyasi missiyanın ağırılığına tab gətirə biləcək  şəxs, heç şübhəsiz, xüsusi şəraitdə həm qorunmalıdır, həm də bəslənməlidir.

Son çıxışlarının birində öz siyasi təşkilatını "hakimiyyətə alternativ" adlandıran Əli Kərimli yenidən "alternativsiz partiyadaxili seçkilərdə" AXCP-nin köhnə-təzə sədri seçildi. Əlbəttə, bunu siyası təşkilatın,  partiya funksionerlərinin,  AXCP-nin liderinin tənqidinə əsas verən bir səbəb-nəticə kimi qələmə vermək cəhdi öncədən "aparıcı müxalif qüvvə"yə qarşı qərəzli mövqenin nümayişi kimi qəbul oluna bilər. 

Axı  təşkilatdakı konyunkturanı nəzərə alsaq, seçki zamanı öz namızədliyini geri çəkən Sahib Kərimlidən də ciddi bir  siyasi fiqur Əli bəyə alternativ təşkil etməyəcəkdi ki... Bu, həm də heç də o demək deyil ki, illər boyu fəaliyyət göstərən və mübarizə aparan təşkilat heç olmasa bir nəfər gənc,  mənəvi  və intellektual potensialı böyük gələcək vəd edən "siyası varis" yetişdirə bilməyib. Necə deyərlər, "görünür, belə məsləhətdir".

Lakın misal ücün, sözsüz ki, yeni tarixə başlamaq məqsədində bulunan, dəyişməz lideri ilə "demokratiya və azadlıqlar uğrunda mübarizəsini" davam etdirən  "Azərbaycan Xalq Cəbhəsi Partiyası 10, 20, 30 ildən sonra" mənzərəsini ehtimal edərkən, hansı reallıqları göz önünə gətirə bilərik? Alternativ müxalif qüvvədə alternativ lider gözləyəkmi?

Nicat
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR