Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura yaradılıb
11:47 29 Sentyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 11:42 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə nazirlik yanında ictimai şuranın yeni tərkibi müəyyənləşib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-hökumət təşkilatlarının bilavasitə iştirakı ilə tam şəffaf şəraitdə reallaşan seçkilərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət ictimai şura yaradılıb.

 

Tədbirdə çıxış edən vətəndaş cəmiyyəti nümayəndələri nazirlik yanında ictimai şuranın formalaşmasını ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə kimi qiymətləndiriblər.

 

Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı ətraflı məlumatlar nazirliyin rəsmi internet (www.mlspp.gov.az) resursunda yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR