Rusiyada azərbaycanlı iş adamı belə qətlə yetirildi - KAMERA GÖRÜNTÜSÜ

Rusiyada azərbaycanlı iş adamı belə qətlə yetirildi - KAMERA GÖRÜNTÜSÜ
11:49 29 Sentyabr 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Volqoqrad şəhərində 32 yaşlı azərbaycanlı iş adamı Zülfüqar Əsədovun qətlinin görüntüləri yayılıb.
 
APA TV-nin xəbərinə görə, qətl anı iş adamının avtomobilindəki kameraya düşüb.
 
Videodan görünür ki, muzdlu qatil Zülfüqar Əsədovun avtomobilinə yaxınlaşır və atəş açır. İş adamının qışqırığı eşidilir.
 
Şəmkir rayonunun Zəyəm kəndində anadan olan Zülfüqar Əsədov Volqoqrad şəhərində kommersiya fəaliyyəti ilə məşğul olub. Dörd övlad atası maskalı naməlum şəxslər tərəfindən güllələnib. "Kalaşnikov" avtomatı ilə silahlanmış şəxslər iş adamına bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerini tərk ediblər. Ağır yaralanan Zülfüqar Əsədov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qətlin sifarişlə törədildiyi ehtimal olunur. Bundan əvvəl də Zülfüqar Əsədova qarşı üç dəfə sui-qəsd olub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR