İsral xüsusi xidmət orqanının sabiq rəhbəri: Azərbaycanın yəhudilərə qarşı siyasəti bir çox ölkələr üçün nümunədir

İsral xüsusi xidmət orqanının sabiq rəhbəri: Azərbaycanın yəhudilərə qarşı siyasəti bir çox ölkələr üçün nümunədir
11:03 29 Sentyabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan hakimiyyətinin ölkədə yaşayan yəhudilərə qarşı siyasəti bir çox ölkələr üçün nümunə ola bilər. Bunu Trend-ə İsralin "Nativ" xüsusi xidməti orqanının sabiq rəhbəri, diplomat Yakov Kedmi deyib.

Diplomat qeyd edib ki, İsrail və Azərbaycan arasında əlaqələr bütün sahələrdə yaxşı səviyyədədir və gələcəkdə bu əməkdaşlıq yalnız dərinləşəcək: "Azərbaycanın İsraildə səfirliyinin olmaması ölkələrimiz arasında real dərin əlaqələrə müvafiq deyil".

Y.Kedmi həmçinin, hərbi əməkdaşlıq sahəsində ölkələr arasında böyük perspektivlərin olmasını vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsini şərh edən diplomat əlavə edib ki, Ermənistan Qarabağın erməni işğalı altında qalmasında maraqlıdır və bunu heç vaxt gizlətməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2437877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR