2015-ci ildə “selfi” çəkilişi 12 nəfərin həyatına son qoyub

2015-ci ildə “selfi” çəkilişi 12 nəfərin həyatına son qoyub
11:06 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ildə öz şəklini çəkmək istəyən (selfi) 12 nəfər həyatını itirib, köpək balığının qurbanı isə 8 nəfər olub. Bu barədə "Mashable" portalının məlumatında deyilir. Beləliklə, "selfi" insanlar üçün yırtıcı balıqlardan daha təhlükəlidir.
 
On iki ölüm halının 4-ü fotoşəkil çəkənlərin müxtəlif obyektlərdən yıxılması nəticəsində baş verib.
 
"Selfi" həvəskarlarının ölümləri ilə nəticələnən ən geniş yayılmış səbəb qatarlarla əlaqədardır. Belə ki, bu hallar qurbanların ya qatar fonunda, ya da dəmir yolunda, yaxud onun ətrafında müəyyən təhlükəli konstruksiyalarla şəkil çəkməyə çalışan zaman baş verib.  
 
Bildirilir ki, ekstremal və hətta qanunsuz xatirə fotoşəkili çəkdirmək istəyənlərin sayı durmadan artır. ABŞ-ın Denevr parklarının birində ayı ilə "selfi" çəkdirməyə cəhddən sonra administrasiya heyvanxananın fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Həmçinin bir sıra görməli yerlər və onların yaxınlığı fonunda şəkil çəkdirmək qadağan edilib.
 
Xatırladaq ki, hətta ekstremal olmayan "selfi" acı nəticələrə gətirib çıxara bilər. Belə ki, ABŞ həkimləri tez-tez birgə "selfi" çəkən yeniyetmələr arasında qoturluq xəstəliyinin yayılmasını bildiriblər, - "Vokruq Sveta" yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38933-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR