“İqtisadi nəzəriyyə” adlı dərs vəsaiti çapdan çıxıb

“İqtisadi nəzəriyyə” adlı dərs vəsaiti çapdan çıxıb
12:08 29 Sentyabr 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC 
Azərbaycan Dillər Universitetinin (ADU) sosial elmlər kafedrasının dosenti Zərifə Hüseynovanın “İqtisadi nəzəriyyə (Struktur-məntiqi sxemlər, praktiki məsələlər, testlər)” adlı dərs vəsaiti işıq üzü görüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, 515 səhifədən ibarət kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çapdan buraxılıb.
Dərs vəsaiti beş bölmədən - iqtisad elminin tarixi, ümumi məsələləri, mikroiqtisadi bazar sistemi və onun inkişafının əsas parametrləri, makroiqtisadiyyat, meqoiqtisadiyyat (dünya iqtisadiyyatı) bölmələrindən ibarətdir.
Kitabın yazılmasının məqsədi tələbələrin müstəqil işinin fəallaşdırılmasına, fənn yaradıcı münasibətlərinin təmin edilməsinə, iqtisadi hadisələri və problemləri aydınlaşdırmaq üçün onlara zəruri bacarıq aşılamağa kömək etməkdir. Vəsait iqtisadi nəzəriyyənin tədrisi prosesində öyrənilmiş əsas iqtisadi qanun və kateqoriyaları təkrarlamağa, alınan bilikləri sistemləşdirməyə, iqtisadi hadisə və prosesləri elmi cəhətdən təhlil və dərk etməyə kömək göstərəcək.
“İqtisadi nəzəriyyə” kitabı tələbələr, müəllimlər, iqtisadi problemlərlə maraqlananlar üçün dəyərli mənbədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisadi_nezeriyye_adli_ders_vesaiti_chapdan_chixib-888090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR