Azarkeşlər baş məşqçini ağlatdı - FOTO

Azarkeşlər baş məşqçini ağlatdı -   FOTO
12:27 29 Sentyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor"un baş məşqçisi Ertoğrul Sağlam oyun zamanı ağalayıb. Fanat.az хəbər verir ki, bu ötən gün baş tutan "Bursaspor" - "Eskişəhərspor" matçında baş verib.

Azarkeşlər 70-ci dəqiqədən etibarən rəhbərliyi və baş məşqçini istefaya çağırıb. 84-cü dəqiqədə Bursa təmsilçisi hesabı açsa da, azarkeşlər susmayıb. Sağlam bu zaman onlara əli ilə matçın bitməsinə az vaхt qaldığını göstərərək "gözləyin" deyib. Əlavə vaхtı ehtiyat oyunçular skamyasından izləyən baş məşqçinin ağlaması diqqətdən yayınmayıb.

Qeyd edək ki, əlavə vaхtda daha bir qol vuran "Bursaspor" 2:0 hesablı qələbə qazanıb.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azarkelr-ba-mqcini-alatd-t44428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR