​"Qarabağ" - "Anderlext" oyununa 5000 bilet satılıb

​"Qarabağ" - "Anderlext" oyununa 5000 bilet satılıb
12:27 29 Sentyabr 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın Bakıda Belçika "Anderlext"i ilə keçirəcəyi oyuna 5000 bilet satılıb. Ağdam klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bilet satışı əsasən səhər və axşam saatlarında daha da intensivləşir.
Artıq Belçika təmsilçisinin Bakıya gələcəyi vaxt da müəyyənləşib. Qonaq komanda sentyabrın 30-da günorta saatlarında paytaxtda olacaq. Sabah həm "Qarabağ", həm də "Anderlext"in baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 22:00-da star götürəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qarabag-anderlext-oyununa-5000-bilet-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR