“Azəryolservis” Qala-Pirallahı avtomobil yolunun tikintisini davam etdirir

“Azəryolservis” Qala-Pirallahı avtomobil yolunun tikintisini davam etdirir
11:27 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 12:25 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. 21,6 kilometr uzunluğu olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin II hissəsi uğurla icra olunur.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hal-hazırda avtomobil yolunun 0-7-ci kilometrlik hissəsində tikinti işləri aparılır. Sözügedən ərazidə yolun tikintisi ərazisinə düşən maneələr kənarlaşdırılır, yol boyu torpaq işləri görülür və yol yatağı tikilir.

 

Hazırda tikintisi gedən I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 0-7-ci kilometrlik hissəsinin 6 hərəkət zolaqlı olması planlaşdırılır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 33 metr, ayrıcı zolağın eni 3 metr, çiyinlərin hər birinin eni isə 3,75 metrdir.

 

Hazırda tikintisi aparılan yol geyiminin hamarlayıcı qatının qalınlığı 30 santimetr, qırmadaşlı əsas layın qalınlığı isə 27 santimetrdir. Bundan başqa bitumlu əsas lay 15 santimetr, əlaqələndirici qat 8 santimetr, aşınma qat isə 4 santimetr olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 santimetr olacaq.

 

Xatırladaq ki, layihə üzrə Qala-Pirallahı və Qala-Şüvəlan avtomobil yolunun tikintisi işləri Qala-Pirallahı istiqamətində aparılıb. Bu yolda tikinti işləri 7-ci kilometrlik hissəsindən başlanıb və 21,6-cı kilometrlik hissədə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulan bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib əhalinin istifadəsinə verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR