Rusiya və Belarus desantları birgə hərbi təlim keçirir

Rusiya və Belarus desantları birgə hərbi təlim keçirir
11:27 29 Sentyabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya və Belarus desantları birgə hərbi təlimlər keçirir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi-Desant Qoşunlarının mətbuat katibi, polkovnik-leytenant Yevgeni Meşkov bildirib.
Məlumata görə, hərbi təlim sentyabrın 29-da başlayıb və sabah başa çatacaq.
Tədbirə Rusiya desant qoşunlarının Pskov birliyi, Belarusun Vitebsk vilayətindəki aero-mobil tağımları cəlb edilib.
Təlim Belarusin Vitevsk vilayətindəki "Losvido" poliqonunda keçirilir.
Y.Meşkovun sözlərinə görə, hərbi təlimlər bir neçə mərhələdən ibarət olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-ve-belarus-desantlari-birge-herbi-telim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR