Niyam Salami ATV-də aparıcılığa başladı

Niyam Salami ATV-də aparıcılığa başladı
12:39 29 Sentyabr 2015
26 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami özünü aparıcı kimi də sınamaq qərarına gəlib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, o, artıq “Azad Azərbaycan” telekanalında “Mənim mətbəxim” adlı verilişin aparıcısıdır: “Düşünürəm ki, istedadlı insan hər bir sahədə istedadlıdır. Xeyli müddət idi ki, bu layihə üzərində çalışırdım. Lakin aparıcılıq edəcəyimi mediadan gizlədirdim. Çünki bir işi görüb, daha sonra danışmağı sevən insanam. Onsuzda insanlar şou-biznesdə boş-boş söhbətlərdən, qalmaqallardan təngə gəliblər. Yeni verilişim mətbəxlə bağlıdır. Verilişdə əl qabiliyyətimi göstərəcəm. Hər efir günümdə isə musiqili qonaqlarım olacaq. Düşünürəm ki, aparıcılığım da pis alınmayacaq”.

 

Qeyd edək ki, N.Salaminin təqdimatında  “Mənim mətbəxim” verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR