İbrahim Tatlıses deputatlığa namizədliyini geri çəkdi

İbrahim Tatlıses deputatlığa namizədliyini geri çəkdi
11:41 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Müğənni İbrahim Tatlısəs millət vəkilliyinə namizədliyini geri çəkdikdən sonra ilk dəfə danışıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dünən sürpriz şəkildə namizədliyindən imtina edən sənətçi siyasətə girmə səbəbi olaraq anası və qızını göstərib.

O, Ədalət və İnkişaf Partiyasına (AK Parti) müraciət etsə də, 3 dəfə rədd edildiyi üçün müstəqil namizəd olmuşdu. İddialara görə, deputatlıqdan vaz keçən ifaçını bu fikrə də AK Partili bir nazir razı salıb.

"Doğru olanın yanındayıq, əyriylə işimiz olmaz. Sloqanımız: doğru siyasət, dürüst siyasət, işsizə doğru siyasət" şüarı ilə seçimlərdə iştirak edən İ.Tatlısəs sosial şəbəkə profilində namizədliyini geri götürməsi haqda belə yazıb:

"Heç bir partiya kimliyim yoxdur. Bir tək sənətçi kimliyim var. Kimsə məni ağlına görə bir yerlərə çəkməsin".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=37998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR