"Bakılı"nın məşqçisi hakimləri təhqir etdi

"Bakılı"nın məşqçisi hakimləri təhqir etdi
12:47 29 Sentyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

* “Mil-Muğan” - “Zaqatala” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

* “Ağsu” - “Turan Tovuz” matçının 57-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Seymur Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

* “Bakılı” - “Neftçala” matçının 42-ci dəqiqəsində “Bakılı” klubunun futbolçusu Taleh Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* Oyunun 45+1-ci dəqiqəsində “Bakılı” klubunun məşqçisi Əli Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbaklquotnn-mqcisi-hakimlri-thqir-etdi-t44431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR