Azərbaycanın baş cərrahı ərizəsini yazdı - FOTO

Azərbaycanın baş cərrahı ərizəsini yazdı - FOTO
12:47 29 Sentyabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov işdən çıxmaq haqqında ərizə yazıb.

"Report"un sorğusuna cavab olaraq ATU-nun mətbuat xidməti məlumatı təsdiqləyib.

Məlumatda bildirilib ki, klinikanın direktoru əməliyyatların çoxluğunu əsas gətirərək direktor vəzifəsindən çıxmaq istəyib və bu səbəbdən də ərizə yazıb: "Ərizə hələlik təsdiqlənməyib. Hazırda o, iş başındadır. Ərizəyə Səhiyyə Nazirliyində baxılacaq".

Xatırladaq ki, Hacıqulu Bağırov 2013-cü ildə - Klinikanın açılışından bəri klinikanın direktoru vəzifəsində çalışır.

Qeyd edək ki, Hacıqulu Bağırov Səməd oğlu 2004-2006-cı illərdə dövlət xətti ilə Səudiyyə Ərəbistanında cərrah-mütəxəssis kimi işləyib. O, 2000-ci ildən Azərbaycanın əməkdar həkimidir, "Tərəqqi" medalı ilə təltif olunub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR