Bu ölkə Dağlıq Qarabağda gərginliyi azaldacaq

Bu ölkə Dağlıq Qarabağda gərginliyi azaldacaq
11:51 29 Sentyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın post sovet məkanında mövcud olan münaqişələrlə (Osetiya, Abxaziya, Dağlıq Qarabağ və Dnestryanı) bağlı davranışları haqda nə isə proqnozlaşdırmaq çətindir. Amma istənilən halda Аmerika ilə Rusiya prezidentlərinin BMT görüşü, Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılmasına kömək edə bilər.

Bunu Barak ObamaVladimir Putinin Nyu-Yorkda ki görüşü ərəfəsində ANS PRESS-ə verdiyi müsahıbədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç deyib.

Qarabağ münaqişəsindən fərqli olaraq, keçmiş səfir Ukraynada vəziyyətin düzələcəyinə dair nikbin fikirdə deyil. Onun sözlərinə görə, Amerikanın bu məsələdə Rusiya ilə əməkdaşlıq etməsi üçün ortaq zəmin yoxdur. “Son 2 ildə Putinin özünü Amerikadan və Avropadan təcrid etdiyini müşahidə edirik. Düşünürəm ki, onun Obama ilə görüşə ehtiyacı var idi. O, bununla öz xarici siyasətində Ukrayna məsələsində Qərbə və Amerikaya qarşı təkcə təcavüzkar mövqedən çıxış etməyəcəyini göstərə bilər. Onların bu mövqeyi dəyişməyib. Lakin belə bir imkan yaranıb."

Kozlariç hesab edir ki Suriyada da vəziyyət olduqca mürəkkəbdir. Amerika və Rusiya Suriyada İŞİD-in səbəb olduğu təhlükəni təkbaşına aradan qaldıra bilməyəcək. Hər iki ölkənin Əsədlə bağlı fərqli mövqeyi var. Onların regiona təsiri geniş olmayacaq. "Düşünürəm ki, Putin Əsədi dəstəkləməkdə qətiyyətlidir. Bunun üçün bir neçə səbəbləri var. Rusiyanın Əsədi dəstəkləməsi, əslində Rusiyanın Yaxın Şərqdə və Aralıq dənizinin şərqində öz təsirini qoruması üçündür. Tərəflər arasında görüşün Putinə bir təsiri olacağına inanmıram" - Kozlariç belə deyib.


Riçard Kozlariç - ABŞ-ın Azərbaycandaki sabiq səfiri


ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında 2013-cü ilin yayından bəri ilk ikitərəfli görüş Nyu-Yorkda baş tutub.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyasında iştirak edən iki ölkə liderlərinin görüşü BMT-nin qərargahında keçirilib.

ABŞ prezidenti ilə danışıqlardan dərhal sonra Vladimir Putin Suriyadakı vəziyyət və Rusiyanın bu münaqişənin tənzimlənməsində iştirakı, eləcə də, Ukraynanın şərqindəki münaqişə məsələlərinə də toxunub.

Görüşdən əvvəl hər iki ölkə başçıları Assambleyanın tribunasından çıxış edərək, mühüm problemlər üzrə, xüsusən, Suriya məsələsində əks fikirlərini ifadə ediblər.


Vladimir Putin və Barak Obamanın BMT-də danışıqları


Barak Obama bəyan edib ki, nə qədər ki Bəşər Əsəd Suriya prezidentidir, Suriya münaqişəsini həll etmək mümkün olmayacaq.

Vladimir Putin isə B.Əsədə yardım göstərməyi vacib bilib, onun sözlərinə görə, ölkədə hal-hazırda yeganə hüquqi lider odur. Bundan başqa, Rusiya prezidenti ABŞ-ın mövcud Suriya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsini səhv adlandırıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR