Həccdəki faciə ilə əlaqədar İranla Səudiyyə Ərəbistanı arasında narazılıq böyüyür

11:52 29 Sentyabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 12:51 ]

İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri: “Ölənlərin sayı 5 mindən çox ola bilər”

Bakı. Mәlahәt Nәcәfova - APA. “Tәәssüf ki, Sәudiyyә Әrәbistanının Minada baş verәn hadisә zamanı ölәnlәri kütlәvi şәkildә dәfn etmәk istәdiyinə dair xəbərlər gəlir. Bu, düzgün hәrәkәt deyil”.

 

APA-nın xəbərinə görə, bunu İranın Azәrbaycandakı sәfirliyinin Mәdәniyyәt Mәrkәzinin direktoru İbrahim İbrahimi deyib. O bildirib ki, İran öz hacılarının orada dəfn olunmasına icazә vermәyәcәk: “Biz istәyirik ki, hadisәnin sәbәblәri ilә bağlı araşdırmalar davam etdirilsin, iranlı tәhqiqat qruplarına viza verilsin və onlar hadisәni araşdırsınlar”.

 

Mәrkәzin direktoru ölәnlәrin sayı barədə açıqlanan rәqəmlәrin doğru olmadığını söyləyib. Onun sözlәrinә görә, hadisә zamanı 4700 nəfər hәyatını itirib: “İki-üç min cәnazә hәlә araşdırılmayıb. Tәәssüf ki, İran tәrәfdәn 228 şәxs dünyasını dәyişib, 247 nәfәrdən xəbər yoxdur, 28 nәfәr xәstәxanadadır. Faciә qurbanlarının sayı 5 mindәn yuxara ola bilәr. Vәtәndaşları ora gedәn ölkәlərin haqqıdır ki, hadisәnin araşdırılmasında iştirak etsinlər. Ölәnlәrin cәnazәlәri ölkәlәrinә tәhvil verilməli, hadisәnin sәbәblәri tәhlil olunmalı, araşdırılmalıdır. Hәcc tәşkilatçıları böyük mәsuliyyәt daşıyırlar. Biz tәklif edirik ki, vәtәndaşları Hәcc ziyarәtindә iştirak edәn ölkәlәr bu ziyarәtin tәşkilindә iştirak etsinlər. Birgә Şura tәşkil edilsin ki, heç bir ziyarәtçinin burnu qanamasın. İlboyu Mina boş olur. O bir hәftәlik ziyarәt üçün tәdbirlәr görülmәlidir. Gәlәn il dә belә davam etsә, hәr kәs narahat olacaq. Tarixdә ilk dәfәdir ki, 5 minә yaxın hacı sәhlәnkarlıq sәbәbindәn dünyasını dәyişir. Bu, tәk İran üçün deyil, bütün islam alәmi üçün böyük faciәdir”.

 

İbrahim İbrahimi qeyd edib ki, ölkəsinin әsas tәlәblәri yaralılarına kömәk göstәrilmәsinә icazә verilmәsi, bu günә kimi tanınmayan meyitlərin araşdırılması, ilk fürsәtdә cәnazәlәrin İrana vә digәr 14 ölkәyә tәhvil verilmәsidir. O bildirib ki, İranın Azәrbaycandakı sәfirliyindә sabah sәhәr xatirә dәftәri açılacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR