​Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb

​Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb
12:52 29 Sentyabr 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, turun oyunları 3 gün ərzində keçiriləcək.
Tura oktyabrın 2-də autsayder AZAL-la "Rəvan" arasındakı oyunla start veriləcək. Ertəsi gün eyni saatda "Zirə" ilə "Neftçi" üz-üzə gələcək. Son 3 qarşılaşma isə oktyabrın 4-nə təsadüf edəcək. Əvvəlcə "Kəpəz" Gəncədə "Sumqayıt"ı sınağa çəkəcək. Ardından liderliyə can atan "İnter" 1-ci pillənin sahibi "Qarabağ"ı qəbul edəcək. Son qarşılaşma isə "Qəbələ" ilə "Xəzər Lənkəran" arasında olacaq. 
02 oktyabr
19:00. AZAL – "Rəvan"
"AZAL Arena"
03 oktyabr
19:00. "Zirə" – "Neftçi"
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
04 oktyabr
16:00. "Kəpəz" – "Sumqayıt"
Gəncə şəhər stadionu
19:00. "İnter" – "Qarabağ"
"İnter Arena"
21:00. "Qəbələ" – "Xəzər Lənkəran"
Qəbələ şəhər stadionu

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-premyer-liqasinda-vii-turun-oyun-cedveli-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR