“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Gənclər Mərkəzi yaradılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Gənclər Mərkəzi yaradılıb
12:53 29 Sentyabr 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Gənclər Mərkəzi yaradılıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, ölkə rəhbərliyinin yürütdüyü gənclər siyasətinə dəstək xarakterli bu addım “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” nin gənc əməkdaşları ilə Dövlət Dəniz Akademiyasının tələbələri arasında əlaqələrin gücləndirilməsi, onların təhsilə, sosial və mədəni sahələrə yönəlmiş layihələrdə iştirakı, eləcə də təcrübə proqramlarının, ekskursiyaların, iməciliklərin, əmək yarmarkalarının təşkili yolu ilə gənclərin gələcək karyeralarının qurulmasına kömək məqsədi daşıyır.
Gənclər Mərkəzinin qarşısında gənclər arasında cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsi, istedadlı və fəal gəncləri müəyyənləşdirərək həvəsləndirici tədbirlərin görülməsi, kadr hazırlığının stimullaşdırılması, istedadlı gənclərin məlumat bankının yaradılması, gənclərin kompyuter proqramları, internet və internet-media sahəsində inkişafına kömək göstərilməsi, milli kino günləri, bədii film təqdimatları vasitəsilə gənc nəslin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi və ünsiyyətlərinin artırılması məqsədilə idman yarışlarının, təbiət ekskursiyalarının və sairə tədbirlərin keçirilməsi, gənclərin ekoloji maarifləndirilməsi, Azərbaycanın təbliğinə və təqdimatına yönəlmiş layihələrin dəstəklənməsi və başqa bu kimi önəmli vəzifələr qoyulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Xezer_Deniz_Gemichiliyi_QSC_de_Gencler_Merkezi_yaradilib-888103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR