Gənclər və idman naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Gənclər və idman naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
12:53 29 Sentyabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıt şəhərində yerləşən Tarix Muzeyində vətəndaşları qəbul edib.
Qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayonlarından olan 30-dan artıq vətəndaş iştirak edib.
Nazirliyin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, idman sahəsində müraciətlər əsasən fəxri adların və idman dərəcələrinin verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təchiz olunması, idman zallarının, Olimpiya İdman komplekslərinin tikilməsi və s. ilə bağlı olub.
QHT-nin yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi, mərkəzlərin müvafiq avadanlıqlarla təmin olunması, yay düşərgələrinin təşkili, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, işlə təmin edilmə gənclər sahəsində edilən müraciətlər olub.
Edilən digər müraciətlər isə təhsil və sosial yardım, ipoteka kreditinin verilməsi, yerlərdə respublika səviyyəli tədbirlərin təşkili ilə bağlıdır.
Həll olunması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və bununla əlaqədar müvafiq tapşırıqlar verilib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_ve_idman_naziri_Sumqayitda_vetendaslarin_muracietlerini_dinleyib-888104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR