Sabah Azərbaycan ərazisində 31 dərəcə isti olacaq

12:57 29 Sentyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 12:55 ]

Bakı. Fərid Mirzəyev - APA. Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.  

 

Bölgələrdə axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-23 dərəcə isti olacaq. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR