Maurinyo keçmiş klubuna qarşı çıxır

Maurinyo keçmiş klubuna qarşı çıxır
12:01 29 Sentyabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turuna bu gün start veriləcək.

ANS PRESS-in məlumatına görə bu axşam 4 qrupda ümumilikdə 8 oyun keçiriləcək. "E" qrupunda yer alan "Barselona" klubu doğma divarlar arasında Almaniyanın "Bayern Liverkuzen" klubu ilə qarşılaşacaq. Futbol üzrə İspaniya çempionatının son turu çərçivəsində keçirilən oyunda zədələnən Lionel Messi almanlarla oyunda komandasına kömək edə bilməyəcək.

"E" qrupunun daha bir oyununda "Bate" "Borisov Arena"da "Roma"nı qəbul edəcək. 1-ci turda səfərdə "Barselona" ilə oyunda heç-heçə edən "canavarlar" bu oyunun aşkar favoriti sayılır.


Leonel Messinin zədə alandan sonra

Günün ən maraqlı matçı isə Portuqalıyanın Portu şəhərində baş tutacaq. Burada "Porto" klubu son İngiltərə çempionu Londonun "Çelsi" klubu ilə qarşılaşacaq. Oyun ispaniyalı hakimlər tərəfindən idarə olunacaq.

Digər oyunlara gəlincə, Münhenin "Bayern" klubu "Alyans Arena"da "Dinamo Zaqreb"lə qarşılaşacaq. Londonun "Arsenal" klubu isə "Olimpiakos"la münasibətlərinə aydınlığ gətirəcək. Bu oyunların hamısı "F" qrupu çərçivəsində keçiriləcək. "H" qrupunda isə "Olimpik Lion" "Valensiya"nı , Rusiyanın "Zenit" klubu isə "Gent"i qəbul edəcək. 8 oyunun hər birisinin start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=361517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR