“Kapital Bank” müəllimlər üçün endirim kampaniyasına başlayıb

12:02 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 12:57 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank” ASC 5 oktyabr beynəlxalq müəllimlər günü ilə əlaqədar təhsil işçiləri üçün “Müəllimlər üçün dəyər!” adlı endirim kampaniyasına start verib.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, sentyabrın 28-dən oktyabrın 17-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər 15 000 manatadək 0% komissiyalı “Gündəlik tələbat” kreditindən yararlana biləcəklər.

 

Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir.

 

“Müəllimlər üçün dəyər!” kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli sorğu mərkəzinə və bankIn müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR