Fəxri adlar geri alına bilərmi?

Fəxri adlar geri alına bilərmi?
13:06 29 Sentyabr 2015
45 Şou
Ölkə mətbuatı
A- A+

Fəxri ad almış bir çox tanınmışların qeyri- etik hərəkətlər və dava- dalaşlarla gündəmə gəlməsi, cəmiyyətdə birmənalı qarşılanmır. Bu cür insanlar hansı hallarda fəxri adlardan məhrum edilə bilərlər və onlara qarşı hansısa cəzanın tətbiqi gündəmdədirmi?

ANS PRESS bu sualla Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə müraciət edib. Nazir bildirib ki, fəxri adları geri almaq mexanizmi haqqında düşünülməməlidir."İnsanın daxili mədəniyyəti yüksək olmalıdır.Hər bir fəxri ada layiq görülmüş sənətkar Prezidentin sərəncamı ilə ona ad verildiyini nəzərə almalıdır. Fəxri ad daşıyan şəxs yaranmış problemi statusuna və səviyyəsinə uyğun həll etməlidir. Mən hesab edirəm ki,mədəniyyət işçiləri ziyalılardır.İnsanlar onlara baxaraq, həyat və düşüncə tərzini müəyyənləşdirməlidirlər.Onlar nümunəvi olmalıdır ”- nazır belə deyib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=361522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR