“Xarici Neft-Servis şirkətlərində Sən” adlı seminar keçirilib

“Xarici Neft-Servis şirkətlərində Sən” adlı seminar keçirilib
13:13 29 Sentyabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Xarici Neft-Servis şirkətlərində Sən” adlı seminar keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, seminarın təşkilatçısı və aparıcısı bu ali məktəbin neft-qaz mədən fakültəsinin məzunu, tanınmış mütəxəssis Pərviz Həsənovdur.
P.Həsənov hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərindəki “Baker Hughes” neft şirkətində davam etdirir. O, əvvəllər “Shlumberger” neft şirkətində çalışıb.
Tədbirin təşkilinin əsas məqsədi xarici neft şirkətlərində işləmək və karyerasını bu yöndə qurmaq istəyən tələbələri istiqamətləndirmək idi.
Seminar iki istiqamətdə aparılıb: neft şirkətlərinə işə necə qəbul olunmalı və işə qəbul olunduqdan sonra hansı işləri görməli. Həmçinin, tələb edilən CV-nin yazılış qaydalarındakı lazımi detallara toxunulub.
P.Həsənov tələbələr üçün elan edilən təqaüd proqramlarının əhəmiyyətindən də danışıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xarici_Neft_Servis_sirketlerinde_Sen_adli_seminar_kechirilib-888111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR