YAP-ın namizədləri qeydə alındılar

YAP-ın namizədləri qeydə alındılar
13:27 29 Sentyabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıblar. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bununla da, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb.

Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR