Azərbaycan prezidenti Koreya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan prezidenti Koreya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
13:37 29 Sentyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:33 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

APA-nın məlumatına görə, prezident İlham Əliyev Koreya Respublikasının baş naziri Çanq Honqvonun ölkəmizə səfərini və onunla keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

 

Azərbaycanla Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı səfir Çoi Suk İnin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. Koreya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan prezident İlham Əliyev Azərbaycanla Koreya arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı səfirin Azərbaycan-Koreya ikitərəfli əlaqələrinin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

 

Koreya hökuməti başçısının ölkəmizə ötənilki səfərinə toxunan Çoi Suk İn bildirib ki, Azərbaycanın Koreya ilə sıx əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olması baş nazir Çanq Honqvonda böyük təəssürat yaradıb. Diplomat səfirlik tərəfindən ölkəmizdə təşkil olunan irimiqyaslı mədəni tədbirlərin əhəmiyyətini vurğulayaraq bu sahədə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirib. Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR