Tiflisdə "Cənubi Qafqazda medianın vəziyyəti" adlı ikigünlük 12-ci konfrans başlayıb - FOTOSESSİYA

Tiflisdə "Cənubi Qafqazda medianın vəziyyəti" adlı ikigünlük 12-ci konfrans başlayıb - FOTOSESSİYA
13:37 29 Sentyabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:33 ]


Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında "Cənubi Qafqazda medianın vəziyyəti" adlı ikigünlük 12-ci konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün başlanan tədb rəqəmsal keçid mövzusuna həsr olunub. Tədbirdə Cənubi Qafqaz ölkələrinin KİV nümayəndələri, həmçinin ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç, beynəlxalq təşkilatların nümayəndələri, İordaniya, Slovaniya və digər ölkələrdən gələn media ekspertləri iştirak edir. Konfransı Dunya Miyatoviç açaraq ATƏT-in Vyana ofisinin təşkil etdiyi medianın vəziyyəti haqqında tədbirin rejion jurnalistləri üçün aktual və əhəmiyyətli olduğunu bildirib: "Artıq 12-ci dəfədir ki, biz Tiflisdə jurnalistlər və ekspertlər üçün maraqlı olan rəqəmsal keçid mövzusunda konfrans keçiririk. Bu mövzu Cənubi Qafqaz ölkələri jurnalistləri və ekspertləri üçün həmişə aktual və maraqlıdır. Mən belə məzmunlu mövzudan ibarət konfransda 6-cı dəfədir ki, iştirak edirəm. ATƏT-in ofisinin bu mövzuda təşkil etdiyi tədbir rəqəmsala keçidin son müzakirəsinin yekunudur və bu üç ölkənin media nümayəndələrinin və mütəxəssislərinin həyatında vacib rol oynayacaq. Mən bu tədbirdə vacib məsələlərə toxunacağam. Mənim üçün regionda gedən proseslər çox maraqlıdır.Tədbir iştirakçılarının müzakirə edəcəyi rəqəmsal keçid yeni ənənədir. Biz rəqəmsal əsrində yaşayır və yaşımızdan asılı olmayaraq rəqəmsal texnologiyasından istifadə edirik. Biz hesab edirik ki, rəqəmsal keçidin texnologiyası insanlar arasında körpü yaradır, bizi birləşdirir və əlaqələrin əsasını qoyur. Biz tədbirdə rəqəmsal keçidə keçməkdə əldə olunan təcrübələrin mübadiləsini həyata keçirəcək və plüralizm məsələlərini müzakirə edəcəyik. Bu gün situasiya çox əhəmiyyətli dərəcədə dəyişirilib. Biz rəqəmsal keçiddən istifadə edərək dünyada baş verən son hadisələr haqqında məlumat öyrənə bilərik, həmçinin rəqəmsal keçid texnologiyasının imkanlarından istifadə etməklə biz dünyada gedən prosesləri də izləyə bilərik," Dunya Miyatoviç bildirib.

 

Tədbirdə çıxış edən Gürcüstan xarici işlər nazirinin müavini Xatuna Totladze və ATƏT-in Gürcüstan KİV azadlığı məsələləri üzrə baş məsləhətçi Juan Barata Mir və başqaları tədbir iştirakçılarını salamlayıblar.

 

Bu gün başlanan konfransda Azərbaycanı prezident administrasiyasının Kamran Həsənov, media ekspertləri və KİV nümayəndələri iştirak edirlər. Bu gün birinci sessiyada Azərbaycan Televiziyası və Radioverilişləri Milli Şurasının hüquq və beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi, prezident administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Kamran Həsənov, media üzrə ekspert Ələsgər Məmmədli və başqa nümayəndələrin çıxışları gözlənilir.

 

Konfrans sentyabrın 30-da başa çatacaq və Dunya Miyatoviç yekun sözü ilə çıxış edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR