Seksual qalmaqalda adı hallanan müğənninin yeni vəzifəsi

Seksual qalmaqalda adı hallanan müğənninin yeni vəzifəsi
12:51 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni və aktrisa Cennifer Lopes qadınların və qızların hüquqları üzrə Birləşmiş millətlər təşkilatının (BMT) ilk dünya müdafiəçisi seçilib.

ANS PRESS-in məlumatına görə, bu haqda məlumat Birləşmiş Millətlər Fondunun (BMF)saytında yerləşdirilib.

Mərasim Nyu-Yorkun məşhur mehmanxanalarının birinin restoranında baş tutub. Tədbirə Cey Lo öz sevgilisi Kasper Smartla əl-ələ gəlib. Təntənəli gecənin qonaqları arasında həmçinin qadın hüquqlarının fəal müdafiəçisi İordaniya kraliçası Raniyada olub.

Gecədə Cey Lo öz yeni missiyası haqda danışaraq rastlaşdığı çətinliklərdən danışıb.

"Mən ana olduqdan sonra, daha çox qadınlar və uşaqların haqlarının sıxışdırmasını müşahidə etdim. Ədalətsizliklə mübarizədə mən artıq bəzi müvəffəqiyyətlərə nail oldum, lakin gender bərabərlliyinin və səhiyyə universal girişini əldə etmək üçün bir çox işlər həyata keçirilməliyəm. Mən BMT fonduna qoşulmaqda və dünyada qadınların təhlükəsizlik, səhiyyə və təhsilin təmin etməkdə şad oldum"- deyə Cenifer Lopes yeni vəzifəsini şərh edib


Cenifer Lopes və BMF-nin prezidenti Keti Kelvin


Bu arada müğənnin birinci həyat yoldaşı ofisiant Ojani Noa artıq 10 ildir ki təqib edir. Cennifer Lopesin keçmiş ömür-gün yoldaşı 1997-ci ildə onların bal ayı zamanı çəkilmiş seksual videonu internetdə yayımlayacağı ilə aktrisanı hədələyir. Odjani hətta video üçün başlıqda fikirləşib - "Mənim Cennifer Lopes ilə ailə həyatım".

Hazırda məşhurluğun ən yüksək dalğasında olan iki uşaq anası Ceniferə mətbuatda onunla bağlı seks-qalmaqal tamamilə lazım deyil.

Bir illik ailə həyatından sonra boşanan cütlüyün imzaladığı müqavilə ilə Ocaniyə xanım Lopes haqda məxfi məlumatlar yaymaq qadağan edilib.

Amma görünür Cennifer Lopesin şöhrəti keçmiş həyat yoldaşına rahatlıq vermir və ofosiant məşhur aktrisanın gəlirindən pay əldə etmək fikrindədir.


Cey Lo keçmiş əri Ocani Noa ilə.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=361515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR