Mətanət Əliverdiyeva verilişdən getdi, yerinə isə... - FOTO

Mətanət Əliverdiyeva verilişdən getdi, yerinə isə... - FOTO
12:52 29 Sentyabr 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan "Mənim mətbəxim" verilişinin aparıcısı Mətanət Əliverdiyeva proqramdan uzaqlaşıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bundan sonra verilişi müğənni Niyam Salami aparacaq.   

Təəssüratlarını bölüşən ifaçı bu işin də öhdəsindən gələcəyinə əmindir:

"Düşünürəm ki, istedadlı insan hər bir sahədə bacarıqlıdır. Xeyli müddətdir, bu layihə üzərində çalışırdım. Lakin aparıcılıq edəcəyimi mediadan gizlədirdim. Çünki bir işi görüb, daha sonra danışmağı sevən insanam. Onsuz da insanlar şou-biznesdə boş-boş söhbətlərdən, qalmaqallardan təngə gəliblər. Yeni verilişim mətbəxlə bağlıdır. Bir çoxları bilirlər ki, mən ifaçılıqdan əvvəl aşpaz olmuşam. Veriliş zamanı əl qabiliyyətimi insanlara göstərəcəm. Hər efir günümdə isə musiqili qonaqlarım olacaq. Düşünürəm ki, aparıcılığım da pis alınmayacaq".

Qeyd edək ki, "Mənim mətbəxim" verilişi həftənin bazar günləri saat 13:30-da yayımlanacaq. Sənətçinin ilk qonağı proqramın keçmiş aparıcısı M.Əliverdiyeva olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/372091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR