Bakıya qaçan erməni ailəsi tez-tez şəhər gəzintisinə çıxır

Bakıya qaçan erməni ailəsi tez-tez şəhər gəzintisinə çıxır
13:57 29 Sentyabr 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu erməni Vahan Martirosyanın son vəziyyəti ilə bağlı "Yeni Müsavat"a danışıb.

Onun sözlərinə görə, Bakıya sığınan erməni ailəsi üçüncü ölkəyə getmək istəmir:

"Məlum səbəblər üzündən onun barəsində geniş məlumat vermək iqtidarında deyilik. Çünki ona qarşı nəinki Ermənistan tərəfindən, hətta Rusiya və digər ölkələrdən belə təxribatlar ola bilər. Bu məsələləri nəzərə alaraq, onun haqqında mətbuatda tez-tez məlumat verilməsini doğru hesab etmirəm.

Lakin onu deyə bilərəm ki, Martirosyan ailəsinin vəziyyəti normal durumdadır, heç bir narahatlıq yoxdur. Mən vaxtaşırı onlarla telefon əlaqəsi saxlayıb görüşürəm. Ailə tez-tez Bakının gəzintisinə çıxır.

Vahan Martirosyanın dediyinə görə, Azərbaycan onların çox xoşuna gəlib. Bu səbəbdən ölkəmizdən kənar heç bir yerə tərpənmək istəmir".

Xatırladaq ki, bu günlərdə Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı, azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR