YAP-ın deputatlığa namizədlərinin hamısı qeydə alınıb

YAP-ın deputatlığa namizədlərinin hamısı qeydə alınıb
13:57 29 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:55 ]

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş namizədlərin hamısı dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

YAP-dan APA-ya verilən məlumata görə, bununla da, partiya Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

 

Noyabrın 1-ə təyin edilmiş Azərbaycan Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb. Uğurla başa çatmış imzatoplama kampaniyasında partiya Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR