Azərbaycanda bəzi televiziya kanalları yeni yayım formatına keçəcək

Azərbaycanda bəzi televiziya kanalları yeni yayım formatına keçəcək
14:05 29 Sentyabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 1-dən Azərbaycanda fəaliyyət göstərən üç televiziya kanalı HD formatlı yayıma keçəcək.

Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

O, oktyabrın 1-dən yeni yayım formatına keçəcək televiziya kanallarının adlarını da açıqlayıb: "Bu sıraya AzTV, "İdman Azərbaycan" və "CBC Sport" kanalları daxildir".

Şöbə rəhbəri bildirib ki, yeni yayım formatına keçidlə bağlı ötürücülər quraşdırılıb, texniki işlər başa çatdırılıb. Onun sözlərinə görə, digər televiziyaların yeni yayım formatına keçməsi yaxın günlərdə gündəmdə olmayacaq: "HD formatlı yayıma keçəcək olan idman telekanallarında buna ehtiyac var idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR