Hacı İbrahimdən ölkədən qaçmağı xəbərinə REAKSİYA

Hacı İbrahimdən ölkədən qaçmağı xəbərinə REAKSİYA
14:05 29 Sentyabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Hacı İbrahim Nehrəmli xaricə qaçış planı hazırlaması haqda yayılan məlumatlara reaksiya verib.

Milli.Az xəbər verir ki, o, modern.az saytına açıqlamasında yayılan xəbərin doğru olmadığını deyib:

"Mən bir çox mətbuat orqanlarını özümə yaxın buraxmıram, açıqlama vermirəm. Ona görə də ağıllarına gələni yazırlar. Bunu yazmaqla məni şantaj etdiklərini düşünürlər. Mən bunların heç birinə fikir vermirəm".

Hacı İbrahim Nehrəmli "Doğurdanmı Azərbaycandan getmək fikriniz var?" sualını "qətiyyən ola bilməz" deyə cavablandırıb: "Malik olduğum hər şey Azərbaycandadır. Məgər adam bu qədər əmlakını qoyub xaricə gedərmi? Mənim xaricdə nəyim var ki?!".

Qeyd edək ki, "Avesta Konserni"nin prezidenti hacı İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cun arasında ilkin olaraq 3 milyard dollarlıq müqavilə imzalandığı haqda məlumat yayılıb. İddia olunur ki, bu açıqlama hacı İbrahimin Azərbaycandan çıxışını təmin etmək üçün atılmış addımdır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankına borcu olan digər kredit oliqarxları kimi "Avesta Konserni" MMC-nin prezidenti hacı İbrahim Nehrəmlinin də ölkədən çıxışı məhdudlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR