​ABŞ hərbçiləri "Taliban"ın tutduğu şəhərin azad edilməsi əməliyyatına qoşulub

14:07 29 Sentyabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" "Reuters"-ə istinadən xəbər verir ki, bunu NATO-nun başçılıq etdiyi Əfqanıstandakı koalisiya qüvvələrinin təmsilçisi polkovnik Brian Tribus bildirib.
Xəbərə görə, ABŞ-ın qırıcıları "Taliban" terrorçularının Kunduz şəhəri ətrafındakı mövqeylərinə havadan zərbələr endirib. NATO təmsilçisi həmin ərazidəki koalisya qüvvələrinin sayı barədə açıqlama verməyib.
Qeyd edək ki, Əfqanıstan Hərbi Qüvvələri Kunduzu "taliban"çılardan azad etmək üçün əməliyyata başlayıb.
Xatırladaq ki, sentyabrın 28-də "Taliban" hərəkatının silahlıları şəhəri ələ keçirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-herbcileri-taliban-in-tutdugu-seherin-azad-edilmesi-emeliyyatina-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR