İmişlinin Qaragünəndikli kəndinə ilk dəfə təbii qaz verilib

İmişlinin Qaragünəndikli kəndinə ilk dəfə təbii qaz verilib
14:08 29 Sentyabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+


İmişli, 29 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 49 yaşayış məntəqəsindən 11-i qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qaz verilmiş kənd və qəsəbələrin sırasına 1530 nəfər əhalinin yaşadığı Qaragünəndikli kəndi də əlavə olunub. Kəndə təbii qazın verilməsi üçün birpilləli sistem üzrə ümumi uzunluğu 23 min 93 metr olan müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili paylayıcı qaz xətləri çəkilib, mənzillərə 255 sayğac qoyulub və bir o qədərdə fərdi tənzimləyici quraşdırılıb.
Qaragünəndikli kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıb.
Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, yaxın günlərdə daha dörd kəndə də “mavi yanacaq” veriləcək. İlin sonuna kimi rayonun yaşayış məntəqələrinin 50 faizinin qazlaşdırılması nəzərdə tutulub.
Yerli sakinlər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda məşəl alovlandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Imislinin_Qaragunendikli_kendine_ilk_defe_tebii_qaz_verilib-888132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR