Bəxtiyar Vahabzadənin yubileyi qeyd olunacaq

Bəxtiyar Vahabzadənin yubileyi qeyd olunacaq
14:11 29 Sentyabr 2015
17 Şou
Ölkə mətbuatı
A- A+

Sentyabrın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın Xalq Şairi, dramaturq Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq keçiriləcək tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.

Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Şairin yaradıcılığı yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR