AFFA klubları külli miqdarda cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasının VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

- 25 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VI turunun “İnter” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

- Oyunun 86-cı dəqiqəsində “İnter” klubunun 23 №-li futbolçusu Dhiego Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur(maddə 42.4).

- 26 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VI turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 62-ci və 89-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunun 90+3-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).

- 26 sentyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 14 №-li futbolçusu Bəxtiyar Həsənalizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur(maddə 42.4)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR