AMEA: Azərbaycan müstəqil olandan Nizaminin fars şairi olması haqda məqalələrin sayı çoxalıb

14:12 29 Sentyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 14:10 ]


Bakı. Fərid Mirzəyev – APA. “Dünya ədəbiyyatşünaslığında Nizaminin fars şairi kimi təqdim edilməsi keçən əsrin 30-cu illərinin sonundan başlayıb və təəssüf ki, bu gün də davam edir. Bu gün bizə İrandan və başqa yerlərdən Nizaminin fars şairi olması haqda məqalələr yollayırlar. 70-ci illərdə də belə məqalələr olub. Onlara o vaxt da cavab verilib, elə indi də cavab verilir”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məmməd Əliyev deyib.

 

O, bildirib ki, Azərbaycan müstəqil olandan sonra başqa ölkələrdə Nizaminin fars şairi olması haqda yazılan məqalələrin sayı çoxalıb.

 

Direktor müavininin sözlərinə görə, həmin məqalələrdə Nizaminin fars şairi olmasını sübut edən sanballı mənbə yoxdur: “Onlar yazırlar ki, Nizaminin qəhrəmanları başqa millətin nümayəndələridir, hamısı hökmdarlar olub və buna görə də ölkədən qovulub və sair”.

 

M. Əliyev qeyd edib ki, Bertels və Krimski kimi nüfuzlu alimlər öz əsərlərində Nizaminin Azərbaycan şairi olduğunu sübut ediblər: “Bertels və Krımskinin Nizami ilə bağlı əsərləri var. Nizaminin qəbri Gəncədədir. Nizaminin qəbrinin ilkin orta əsrlərdə tikilmiş şəkilləri var. O, Gəncə, Bərdə, Dərbənd haqqında yazıb. Biz Nizamiyə qarşı atılan böhtanlara qarşı sistematik şəkildə çalışırıq və bu iş çox uğurla davam etdirilir”.

 

Qeyd edək ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ədəbiyyatşünaslıq elminin perspektiv inkişaf istiqamətlərində  Nizami Gəncəvi irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi problemlərini izləmək və köhnə stereotiplərin aradan qaldırılması üçün lazımi tədbirləri görmək qarşıya qoyulub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR