Azərbaycanlı zəvvar bu gün Məkkədə dəfn olundu

Azərbaycanlı zəvvar bu gün Məkkədə dəfn olundu
14:12 29 Sentyabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar Əzizağa Şirinov Məkkədə dəfn olunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarların müşahidə edən nümayəndəliyindən APA-ya bildiriblər ki, zəvvar torpağa tapşırılıb.

1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Şirinov Əzizağa Məmmədqulu oğlu ötən gün günvurmadan dünyasını dəyişib.

Qeyd edək ki, həcc ziyarəti zamanı daha iki azərbaycanlı düyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/372104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR