Samirlərin QALMAQALı: "Rəqsanə, sən kimsən ki?.."

Samirlərin QALMAQALı: "Rəqsanə, sən kimsən ki?.."
14:22 29 Sentyabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Stilist Samiraldo özündən çıxıb. Buna səbəb Samiraldonun illərdir prodüserlik etdiyi müğənni Samir Bağırov haqqında ifaçı Rəqsanənin xoşagəlməz fikirlər səsləndirməsi olub.

Bu haqda SİA-ya açıqlama verən stilist alov püskürüb: "Bildiyiniz kimi, illərdir ki, Samir Bağırov efirlərdən uzaqdır. Depressiyaya düşmüşdü. Onu efirlərə geri qaytarmaq istəyirdim. Lakin müğənni Rəqsanə İsmayılova buna imkan vermədi. Belə ki, efirlərin birində Samir haqqında xoşagəlməz fikirlər səsləndirib. S.Bağırovun ünvanına deyib ki, acından ölür. Ona mən pul verirəm. Hansısa jurnalistin evində qalır. Yaşından böyük görünür. Bu sözlər nəyə lazımdır? Kiminsə şəxsi həyatını müzakirə etmək, Rəqsanə, sənlik deyil. Samir kimin evində qalır, acından ölür - özü bilər. Rəqsanə, sən kimsən ki, Samir haqda ağzına gələni danışırsan? Mən Samirin dostuyam. Onun pis və yaxşı gününü görmüşəm. Amma onu efirdə deməmişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/372108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR