"Barselona" "Valensiya"nın iki futbolçusu ilə maraqlanır

"Barselona" "Valensiya"nın iki futbolçusu ilə maraqlanır
14:32 29 Sentyabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Zədə ucbatından Messi və Rafinyanın xidmətlərindən məhrum olan "Barcelona" La Liqanın digər təmsilçisi "Valencia"nın 2 üzvü ilə maraqlanır.

Goal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Şkodran Mustafi Sofian Fequli katalonların diqqət mərkəzinə düşüb. "Barca"nın idman direktoru Robert Fernandes hər iki futbolçunu "Granada" ilə matçda (1:0) stadiondan izləyib. Katalon klubu Fequlini ötən yay "Chelsea"yə keçən Pedronun alternativi kimi görür. Bu mövqeyə digər namizəd "Celta"nın yarımmüdafiəçisi Nolitodur.

Qeyd edək ki, "Barcelona"ya FİFA tərəfindən qoyulmuş transfer qadağası 2016-cı ilin yanvarında başa çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/372078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR