Parataekvondo üzrə millimiz Rusiyada keçiriləcək dünya oyunlarında 6 idmançı ilə təmsil olunacaq

Parataekvondo üzrə millimiz Rusiyada keçiriləcək dünya oyunlarında 6 idmançı ilə təmsil olunacaq
13:33 29 Sentyabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların dünya oyunları başlayır. İdmanın oxatma, güləş, yüngül atletika, üzgüçülük, stolüstü tennis növləri üzrə keçirilən oyunlarda parataekvondo yarışları da yer alıb.
AZƏRTAC xəbər verir ki, Soçi şəhərinə yola düşən parataekvondo milli komandamız “G4” kateqoriyalı yarışda 6 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Əvəz Tağıyevin yetirmələrindən sonuncu dünya çempionatının qalibləri Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (75 kq-dan yuxarı) və Aynur Məmmədova (58 kq), eləcə də Namiq Abbasov (61 kq), Rövşən Qəhrəmanlı (61 kq) və Emin Nüsrətdinov (61 kq) dayanq üzərinə çıxacaqlar.
Yarışlarda idmançılarımızın dünya reytinq siyahısında hesablarındakı xalları artırmaq üçün yaxşı imkanları olacaq.
Parataekvondo yarışları oktyabrın 1-2-də keçiriləcək.
Millimiz Vətənə oktyabrın 3-də qayıdacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Parataekvondo_uzre_millimiz_Rusiyada_kechirilecek_dunya_oyunlarinda_6_idmanchi_ile_temsil_olunacaq-888144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR