Natavan Bakıya döndü: "Qaçırdım kapitanın yanına..." - FOTO

Natavan Bakıya döndü: "Qaçırdım kapitanın yanına..." - FOTO
14:37 29 Sentyabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

İki ay Türkiyənin İstanbul şəhərində yaşayan Navatan Həbibi bu gün Bakıya dönüb.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Natavan Həbibi İnstagram səhifəsində Bakı üçün çox darıxdığını və uşaqlıq xatirəsini bölüşüb: 

"Canım, gözüm Bakım. Lap uşaqlıq illərim yadıma düşdü. Hər dəfə Türkmənistandan məktəb tətillərində Bakıya gələrdik. O zaman xoşbəxtlərin xoşbəxti olurdum. Elə bilirdim, dünya mənimdir. Çox vaxt gəmi ilə gələrdik. Üfüqdə Bakının o möhtəşəm bulvarı görünən kimi ürəyim elə döyünməyə başlayırdı ki... Qaçırdım gəmi kapitanının yanına ki, tez sür, hətta üz, nə edirsən et, yetər ki, bizi Bakıya tez çatdır. Onlar da sağ olsunlar, uşaq qəlbimi qırmayıb məni yola verirdilər. Bakının havası, onun qoxusu mənim üçün başqa dünyadır. Qərib ölkədə yaşayanlar məni daha yaxşı anlayarlar. Çox şükür, gəldim çatdım şəhərlərin şəhəri, gözəllər gözəli, bizim hamımızın döyünən ürəyi Bakımıza. Bakı, Odlar yurdum, küləklər şəhərim, sən çox yaşa".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/372073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR