​Azərbaycan Şimal marşrutu ilə neftin ixracını 25% artırıb

14:37 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin avqustunda BTC (Bakı-Tbilisi-Ceyhan) kəməri ilə ixrac edilən neftin həcmi 3,0% azalaraq 18 092 965,20 tona düşüb. Eyni dövrdə Bakı-Supsa marşrutu ilə ixrac edilən neftin həcmi 0,5% azalaraq 2 809 029,00 ton olub.
Avqustda Şimal marşrutu ilə (Bakı-Novorossiysk kəməri) ixrac edilən neftin həcmi 847 107,00 ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,81% çoxdur. 
Neftin dəmir yolu nəqliyyatı ilə ixracında isə 34,23% azalma qeydə alınıb və bu yolla satılan neftin həcmi 417 543,02 tona bərabər olub. Qeyd edək ki, bu yolla iyun və iyulda da eyni həcmdə xam neft ixrac edilib.
Gömrük bəyannamələrinə əsasən, hesabat ayında ölkədən 6 394 879,77 min ABŞ dolları dəyərində 14 910 250,03 ton xam neft ixracı həyata keçirilib. Beləliklə, bəyannamə əsasında xam neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 51,29%, həcmi isə 6,97% azalıb.
Hesabat dövründə neft məhsullarının ixracı 204-cü ilin avqust ayı ilə müqayisədə 24,83% artaraq 1 506 120,68 ton təşkil edib. Bildirək ki, avqustda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 38,38% azalaraq 534 354,59 min dollara düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-simal-marsrutu-ile-neftin-ixracini-25-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR