Bakıda 10 ölkədən olan şahmatçıların iştirakı ilə daha bir beynəlxalq turnirə start veriləcək

Bakıda 10 ölkədən olan şahmatçıların iştirakı ilə daha bir beynəlxalq turnirə start veriləcək
14:38 29 Sentyabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı növbəti ənənəvi beynəlxalq turnirə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, “Baku Open-2015” yarışı sentyabrın 30-dan oktyabrın 8-dək Xəzər dənizinin sahilində Novxanı qəsəbəsində yerləşən “AF Hotel” də keçiriləcək.
Turnir iki qrupda keçiriləcək. “A” turniri Azərbaycanın müstəqilliyinin 24 –cü ildönümünə həsr edilir. Beynəlxalq turnirin medalları uğrunda 10 ölkəni təmsil edən 59 şahmatçı, o cümlədən 23 qrossmeyster mübarizə aparacaq.
“A” turnirində Azərbaycan şahmatçılarından qrossmeysterlər Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov, Vüqar Rəsulov, Günay Məmmədzadə, Nərmin Kazımova, Gülnar Məmmədova və başqaları iştirak edəcəklər.
Yarışların reytinq-favoriti hindistanlı qrossmeyster Başkaran Adxibandır (2674). Daha 14 iştirakçının reytinqi 2500 baldan yuxarıdır. Turnirin 15 iştirakçısının reytinq göstəricisi isə 2400-2500 bal arasındadır.
“Baku Open-2015” beynəlxalq turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_10_olkeden_olan_sahmatchilarin_istiraki_ile_daha_bir_beynelxalq_turnire_start_verilecek-888147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR