"Oğlumun atası, evimin ağası icazə vermir ki..." - fotolar

"Oğlumun atası, evimin ağası icazə vermir ki..." -  fotolar
14:41 29 Sentyabr 2015
143 Şou
Ölkə mətbuatı
A- A+

“Oğlumun atası, arxamda dayananım var. Elə qızımın da atası var. Haqqımda şayiələr yaymasınlar”.

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva verib. O, şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub:

“Bu aləmdə məni gözü götürməyən, paxıllığımı çəkənlər çoxdur. Onlar arasında rəqqasəsi, aparıcısı, müğənnisi də var. Hətta xına mərasiminin təşkili ilə məşğul olan digər tanınmışlar gedib müştərilərimə haqqımda elə sözlər deyirlər ki... Mən o xanımlardanam ki, həyat yoldaşım, ailəmin başçısı var. Ailəmi sosial şəbəkədə nümayiş etdirmirəm. Oğlumun atası, evimin ağası elə sahənin adamı deyil ki, hər gün fotolarını yaymağıma icazə versin. Amma bu o demək deyil ki, mən ailəsizəm. Oğlumun da, qızımın da atası, arxamda dayananım var və xoşbəxtəm”.

F.Fətəliyeva müğənnilik etməsini ələ salanlara cavab verib:

“Mahnı oxudum və bəyənildi. Bundan sonra da ifalarımı təqdim edəcəm. Mən müğənni deyiləm, olmayacam da, amma oxuyacam. Mənim üçün özəl mahnı yazılıb. Bir həfətəyə onu təqdim edəcəm. Hamı mənə bəxtəvərçilik verir ki, işləri əladır. Bunlara asan yox, əziyyətlə nail olmuşam. Mənim gözlərimdən yorğunluq yağır. Çox istəyərdim ki, telefonlarımı söndürüb, gedib haradasa dincəlim".

Foto: Ramin ASLANOV










Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR