“Ericsson ConsumerLab”: valideynlərin 72 faizi uşağa cəza qismində mobil telefondan istifadəni məhdudlaşdırır

“Ericsson ConsumerLab”: valideynlərin 72 faizi uşağa cəza qismində mobil telefondan istifadəni  məhdudlaşdırır
13:46 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

«Ericsson ConsumerLab» tədqiqat bölməsi müasir texnologiyaların  valideyn və uşaqlar arasındakı ünsiyyət prosesinə təsirini araşdırıblar. «Ericsson» şirkətinin nümayəndəsi iddia edir ki, daima əlaqədə olmaq imkanı ailədə xoşbəxtliyin səviyyəsinə müsbət təsir göstərir.
 
 
Valideynlər üçün mesaj və səsli çağırışlar hələ də iş vaxtında uşaqlarla əsas əlaqə üsuludur. Uşaqlar tərəfindən yeni kommunikasiya xidmətlərinin aktiv istifadəsi valideynləri yeni mobil proqramlardan istifadəyə məcbur edir.
 
 
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, 1994-cü ildən sonra dünyaya gəlmiş Z nəslinə mənsub olan uşaqlar aktiv smartfon və planşet istifadəçiləridir. «Ericsson» şirkətinin məlumatına görə, Z nəslinin davranışı dəyişib: uşaqlar mobil telefonda əlçatan olan internet səbəbindən televizordan imtina edirlər. Valideynlərin davranışı da dəyişir. Belə ki, valideynlərin 72 faizi uşağa cəza qismində mobil telefondan istifadəyə məhdudiyyət qoyur.
 
 
Bundan başqa, rəyi soruşulmuş uşaqların 68 faizi istəmir ki, dostları ilə əlaqə saxlamaq üçün istifadə etdiyi xidmətlərdən valideynləri istifadə etsinlər.
 
 
ABŞ-da yaşayan 1000-dən çox ailə tədqiqatda iştirak edib, onların 570-i 12-15 yaşlı uşaqlardır.
 
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38942-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR