"Bu, mənə və bacıma qarşı qara piardır" - İradə İbrahimova

"Bu, mənə və bacıma qarşı qara piardır" -  İradə İbrahimova
13:56 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimova vizajist bacısı Nigar İbrahimova ilə birlikdə işlətdiyi “İN studio” gözəllik salonunun müştərini aldatması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Axşam.az-a açıqlama verən sənətçi hüquq müdafiəçisinin söylədiklərinin həqiqəti əks etdirmədiyini bildirib:

"Qulağıma çatıb ki, mənim və bacımın adının altında, bizim məkanımız haqqında qara piar etmək istəyənlər var. İddia əsassızdır, belə bir hadisə olmayıb. Mən İstanbul kimi bir böyük şəhərdə salonlara gedirəm, amma heç orda belə bir qiymət yoxdur. Necə olur ki, Azərbaycanda 1000 manata boya xidməti olsun? Yazını oxuyan oxucu üçün bu rəqəm gülünc görünür. Heç bir salon 1000 manata saç boyamır. İnformasiyaya qətiyyən inanmasınlar. Bizim salona şou-biznesin tanınan, zövqlü xanımları gəlir. Orada baha qiymətə, yaxud keyfiyyətsiz iş görülsə, birinci oranı tərk edən onlar olardı. "İn studio" var olan gündən həmin xanımlarla bir ailəyə çevrilmişik. Heç kim "aldadıblar" sözün işlədə bilməz. Çünki işin məsuliyyətini dərk edirik. Nigar maddiyatdan öncə müştəriyə gözəllik bəxş etməyi düşünəndir. Ona görə də, beş adam içindən işinə, peşəkarlığına görə seçilir. Mənə elə gəlir ki, bu xəbəri yayan şəxslər mövzu ilə diqqət çəkmək istəyirlər. Əgər salon müştəri aldadırsa, bunun səsi-sorağı 15 illik fəaliyyəti dövründə çoxdan çıxardı. Bu gün geniş heyətlə və böyüdülmüş şəkildə fəaliyyət göstərməzdi".

Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Rəşid Behbudov küçəsində yerləşən salona müraciət edən bir müştərinin 1000 manat qarşılığında saçını rənglətdirdiyini və nəticədən razı qalmadığı üçün onlara şikayət etdiyini bildirib:

“İN studio”ya müraciət edən müştəri Türkiyə vətəndaşı olan ustaya yönəldilib. Türk usta isə saç uzun olduğundan mərhələ ilə rənglənməni məsləhət görüb. Müştəri 3 ay ərzində hissə-hissə vəsait ödəyib. Beləliklə, 1000 manat ödəməklə saçını rənglətdirib. Lakin saçları yandırılıb, istədiyi rəng alınmayıb. İndi isə o, salon tərəfindən dəymiş zərərin ödənilməsini tələb edir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR