Qubada avtomobillə vurulan qadın ölüb - VİDEO - FOTO

Qubada avtomobillə vurulan qadın ölüb - VİDEO - FOTO
14:57 29 Sentyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Qubada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Quba-Qonaqkənd yolunun II Nügədi kəndi ərazisində rayon sakini, 24 yaşlı Nəsib Qubatov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, 79 yaşlı Mirzəliyeva Sərfinaz Şirinbəy qızını vurub. Ağır bədən xəsarətləri alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR